» » ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətindən danışdı-

ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətindən danışdı- Putin

Bölmə: Siyasət, BLOK XƏBƏR
ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı fəaliyyətindən danışdı-

“Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı terrorçuların ABŞ xüsusi xidmət orqanları ilə birbaşa təmaslarını qeydə almışdılar”.

Virtualaz.org saytı xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.

“Bir dəfə Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı yaraqlılarla ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələri arasında olan birbaşa təmasları qeydə almışdı. Orada onlara real olaraq hətta nəqliyyat vasitələri ilə də yardım edirmişlər” - deyə Rusiyanın dövlət başçısı “Rossiya-1” telekanalı ilə nümayiş olunan “Prezident” filmindəki çıxışında bildirib.

Putin deyib ki, bu barədə ABŞ prezidentinə məlumat verib. ABŞ prezidenti isə cavabında bildirib ki, “mən onların cəzasını verərəm”.

“Lakin mənim tabeliyimdə olan şəxslər - Federal Təhlükəsizlik Xidmətinin rəhbər işçiləri 10 gündən sonra Vaşinqtondakı həmkarlarından bu məzmunda məktub aldılar: “Biz Rusiyanın bütün müxalif qüvvələri ilə əlaqə saxlayırıq və saxlayacağıq. Hesab edirik ki, düzgün edirik və gələcəkdə də belə edəcəyik”” - deyə Putin bildirib.

Rusiyanın dövlət başçısı onu da vurğulayıb ki, geosiyasi problemləri həll etmək üçün terrorçuları dəstəkləmək məqbul yol deyil.

“Cari siyasi, yaxud hətta geosiyasi məsələləri həll etmək üçün terrorçulardan hətta istifadə etməyə heç bir halda, heç vaxt və heç yerdə çalışmaq da olmaz. Çünki terrorçuları bir yerdə dəstəkləyən kimi onlar başqa yerlərdə də baş qaldırır və dünən onları dəstəkləyənlərə də mütləq zərbə vururlar” - deyə Putin bildirib.

Putin başqa bir təxminindən də danışıb: “Qərbdə belə hesab edirlər ki, əgər kimsə əsas geosiyasi rəqibə,- bu isə Qərbin təsəvvüründə həmişə Rusiya olub,- qarşı çıxırsa, onda bu, onların xeyrinədir. Amma heç də belə deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler