» » Putin ABŞ-a dəvət olundu

Putin ABŞ-a dəvət olundu

Bölmə: Siyasət
Putin ABŞ-a dəvət olundu
Putin ABŞ-a dəvət olundu
Rysiya Prezidenti Vladimir Putin bu ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 70 illik yubiley sessiyasının açılışında çıxış edə bilər.

ANS PRESS-in məlumatına görə, Kremlə və BMT katibliyinə yaxın mənbədən bildirilib ki, Rusiya liderinin səfəri qabaqcadan plana salınıb, ancaq bu məsələyə son aydınlıq yalnız avqustun başlanğıcında gətiriləcək. Hər şey beynəlxalq vəziyyətdən asılı olacaq.

Bu xəbəri prezidentin mətbuat katibi Dmitri Peskov təsdiqləyib və deyib ki, bu səfərin imkanları araşdırılır. Qəti qərar hələ qəbul edilməyib. V.Putinin Baş Assambleyanın sessiyasına qatılması baxılan variantlardan biridir. Bu mənada sessiyanın yubiley sessiyası olması o qədər də əhəmiyyətli deyil.

Xatırladaq ki, Vladimir Putin 2000, 2003 və 2005-ci illərdə BMT tribunasından çıxış edib. Baş Assambleyanın builki sessiyasının açılışında dünya liderlərinin əksəriyyətinin iştirakı gözlənilir. Həmçinin son iki onillik ərzində ilk dəfə Roma Papası da Nyu-Yorka gedəcək. Onun çıxışı sentyabrın 25-də nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler