» » Putin Fələstin dövlətinin qurulmasına kömək edəcəyini bildirib

Putin Fələstin dövlətinin qurulmasına kömək edəcəyini bildirib

Bölmə: Siyasət
Putin Fələstin dövlətinin qurulmasına kömək edəcəyini bildirib
Rusiya Federasiyası prezidentinin Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama İsrail üçün xoş olmayacaq.

ans press-in məlumatına görə, Rusiya dövlət başçısı Vladimir Putin şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirib.

V.Putin bu açıqlama ilə Misirin Şarm əş-Şeyx şəhərində başlayan Ərəb Dövlətləri Liqasının 26-cı Sammitində iştirak edən liderlərə səslənib.

“Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”, - deyə RF prezidenti bildirib.

Bundan başqa, o, ərəb dünyasındakı problemlərin sülh yolu ilə və xarici müdaxilələr olmamaq şərtilə həll edilə biləcəyini vurğulayıb .

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının 26-cı Sammiti Misirin Şarm əş-Şeyx şəhərində 14 ölkə lideri və 7 ölkə təmsilçisinin iştirakı ilə keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler