» » Sloveniya Azərbaycanda səfirlik açacaq

Sloveniya Azərbaycanda səfirlik açacaq

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Sloveniya Azərbaycanda səfirlik açacaqSloveniya 2016-cı ilin ortalarında Bakıda səfirliyini açmağı planlaşdırır.
Xalqinfo.az xəbər verir ki, bu barədə trend-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomat ötən il Elnur Allahverdiyevin Sloveniyanın Azərbaycanda fəxri konsulu təyin edilməsini iki ölkə arasındakı münasibətlərdə böyük addım adlandırıb: "Növbəti mühüm addım Bakıda səfirliyin açılması olacaq. Biz bu məsələlər üzərində çalışırıq".

Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq məsələlərdə oxşar baxışlara malikdirlər: "Siyasi dialoq çox vacibdir. Lakin siyasi dialoqun daha bir hədəfi ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Biz hər bir siyasi səfərin həm də iqtisadi xarakter daşımasına çalışırıq. Əmtəə dövriyyəsinin son göstəricisi [Sloveniya ilə Azərbaycan arasında] 15 milyon dollar təşkil edir, lakin bu, azdır. Biz bu göstəricini artırmağa çalışırıq".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler