» » Qubad İbadoğludan Arif Hacılının ittihamlarına

Qubad İbadoğludan Arif Hacılının ittihamlarına CAVAB

Bölmə: Siyasət
Qubad İbadoğludan Arif Hacılının ittihamlarınaMüsavat Partiyasının başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiya başqanı Arif Hacılının ittihamlarına cavab verib.

Q. İbadoğlu lent.az-a açıqlamasında bildirib ki, həm ictimai fikri, həm də partiya daxili fikri onun əleyhinə formalaşdırmağa çalışırlar: “Biz təklif eləmişdik ki, yanvarın 31-də Rəsulzadənin doğum günü münasibəti ilə anım mərasimindən sonra partiya qərargahında toplaşaq və İsa Qəmbər, Arif Hacılını da ora dəvət edək. Bizim məqsədimiz partiyadaxili məsələləri müzakirə etməkdir. Təbii ki, Ənvər Əhmədin Müsavatdan uzaqlaşdırılması məsələsinə də toxunacaqdıq. Amma hiss olunur ki, onlar bizim bu təklifimizi çox emosional qarşılayırlar. Hətta, divan üzvlərinin də reaksiyasından bunu görmək olar. Mən təəssüf edirəm ki, partiyadaxili məsələləri müzakirə etmək barədə təklifimiz qarşı tərəfdən belə aqresiya ilə qarşılandı".

Partiyanın əsas funksionerlərindən biri olmuş keçmiş namizədin sözlərinə görə, Müsavat Partiyasında həmişə açıq, konstruktiv, məsələlərin geniş formatda aparılmasını təklif edib: “Partiyanın işinin yenidən qurulması ilə bağlı tövsiyələr paketini məclisə təqdim eləmişəm, eyni zamanda 23 noyabr 2014-cü il tarixində Müsavat Partiyasında təşkil olunan barışıq naminə təkliflər paketi ilə çıxış eləmişəm. Yəni deyilənlər əsassızdır. Əsəbidirlər, emosiyanaldırlar, idarəçilikdə problemlər var. Ona görə də günahı kiminsə üzərinə atmaq üçün belə zərurət yaranır".

Xatırladaq ki, Arif Hacılı Qubad İbadoğlunu ittiham edərək bildirib ki, o, qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etməyib: “Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler