» » Amerikalı konqresmen 20 yanvarla bağlı bəyanat verdi

Amerikalı konqresmen 20 yanvarla bağlı bəyanat verdi

Bölmə: Siyasət
Amerikalı konqresmen 20 yanvarla bağlı bəyanat verdiABŞ konqresmeni Cin Qrin 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə bəyanat verib.
lent.az-ın məlumatına görə, o, 20 yanvar 1990-cı ildə Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib: “Sovet hökuməti tərəfindən günahsız insanların kütləvi qətliamı Azərbaycan xalqını müstəqillik uğrunda mübarizəyə daha da ilhamlandırıb və gərgin mübarizənin sonunda bu şanlı tarixə malik xalq müstəqilliyinə qovuşa bilib”.
Konqresmen Qrin Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini müsbət qiymətləndirib. Konqresmen həmçinin Xəzər dənizi regionunda həyati rol oynayan Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini də vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler