» » Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı daha bir sənəd qəbul olunub

Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı daha bir sənəd qəbul olunub

Bölmə: Siyasət
Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı daha bir sənəd qəbul olunubİstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri Parlamentlər İttifaqının 10-cu konfransında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş Katibi Mahmud Erol Kılıç tərəfindən iki qurum arasında əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb.

Bu barədə trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Geniş sahədə işbirliyini nəzərdə tutan sənəddə iki qurumun “Xocalıya Ədalət” kampaniyasının məqsəd və məramlarının icrası istiqamətində də əməkdaşlıq etməsi nəzərdə tutulub.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sözügedən sessiyasında “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında Əməkdaşlıq” başlığı altında qəbul edilmiş qətnamədə İƏT üzv parlamentləri Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı prinsipial mövqelərini bir daha nümayiş etdiriblər.

İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin parlamentlərini öz sırasında cəmləşdirən İƏT Parlament İttifaqının “Xocalıya Ədalət” kampaniyasında iştirak edərək bu sahədə beynəlxalq səviyyədə əməkdaşlıq etməsi Xocalı soyqırımının dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler