» » “Abbas Abbasov haqda danışmaq istəmirəm” -

“Abbas Abbasov haqda danışmaq istəmirəm” - İbrahimbəyov

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Abbas Abbasov haqda danışmaq istəmirəm” - Milli Şuranın fəxri sədri, RATİ üzvü, kinorejissor Rüstəm İbrahimbəyov Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) son qurultayında yaxın münasibətləri olan, Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun bu qurumdan uzaqlaşdırılmasına qəribə şəkildə münasibət bildirib.


O, aznews.az-a açıqlamasında bu məsələ barədə danışmaq istəmədiyini deyib: “Mən Abbas Abbasovun “AzerRos”dan uzaqlaşdırılması barədə heç bir şey danışmaq istəmirəm. Öz işləridir, indi məşğulam, ümumiyyətlə danışmaq imkanım yoxdur”.

R.İbrahimbəyov “Azərbaycana gəlmək haqqında düşünürsünüzmü?” sualına da korrekt cavab: “Qayıtmaq fikrim yoxdur. Qayıtmağımın heç bir işə xeyri olmayacaq, əksinə ziyanı olacaq”.

Qeyd edək ki, dekabr ayının 17-də Rusiyanın paytaxtı Moskva şəhərində “AzerRos”un 6-cı qurultayında Ağsaqqallar Şurası ləğv edilib və nəticədə Abbas Abbasov “AzerRos”dan uzaqlaşdırılıb. Həmin qurultayda “AzerRos”un bu vəziyyətə düşməsində Abbas Abbasov ittiham edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler