» » Bu komitədə Xan Şuşinskinin oğluna vəzifə verildi

Bu komitədə Xan Şuşinskinin oğluna vəzifə verildi

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Bu komitədə Xan Şuşinskinin oğluna vəzifə verildi
Məşhur muğam ustadı, xalq artisti Xan Şuşinskinin oğlu Aslan Cavanşirova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yüksək vəzifə verilib.

Xalqinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, 2018-ci ilin 3 oktyabr tarixindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Aslan İsfəndiyar oğlu Cavanşirov 1962-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun məzunudur. İxtisasca iqtisadçıdır. Müxtəlif dövrlərdə Neft - qaz sənayesində və elektroenergetika sahəsində çalışıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə işə qəbul edilənədək sonuncu iş yeri ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətində şöbə rəisi vəzifəsi olub.

Aslan Cavanşirovun atası mərhum xanəndə, dahi muğam ustadı, xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-1979-cu illərdə yaşayıb.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler