Kukla Teatrı yeni mövsümü “Əlibaba və qırx quldur”la açacaqBölmə: Mədəniyyət
Kukla Teatrı yeni mövsümdə “Əlibaba və qırx quldur”la açılış edəcək. Xalqinfo.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün açılışına hazırlaşır. 87-ci mövsümdə teatrsevərlərə yeni, maraqlı və zəngin sənət nümunələri təqdim olunacaq. Teatrın kollektiv tamaşaçılarını sentyabrın 15-də “Əlibaba və qırx quldur” tamaşası ilə qarşılayacaq. İki seans olmaqla (12 və 14:00) nümayiş olunacaq tamaşanın rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Min bir gecə” baleti əsasında qurulub. Tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər. Tamaşaçılar mövsümün açılışı günündə “Şəngülüm, Məngülüm”ü (16:00) də izləyəcəklər. “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|