» » Leyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLAR

Leyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLAR

Bölmə: Mədəniyyət, MANŞET
Leyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi tərəfindən (IUCN) Avstraliyanın Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresinin açılışında iştirak edib.
Xalqinfo.az bildirir ki, Əliyev Fondundan aznews.az-a daxil olan məlumata görə, ümumdünya Parklar Konqresi 10 ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək hazırkı tədbir sayca 6-cı konqresdir. Bu il keçirilən toplantı mühafizə olunan ərazilərin daha səmərəli şəkildə idarə edilməsi və saxlanılması ilə bağlı qabaqcıl təcrübənin və biliklərin bölüşülməsinə həsr olunub. Tədbirdə bir sıra dövlətlərin prezidentləri, ətraf mühitin mühafizəsi üzrə məsul olan nazirlər və digər yüksək vəzifəli şəxslər, eləcə də beynəlxalq və regional təşkilatların rəhbərləri, tanınmış mütəxəssislər və aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında ölkəmizin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsi və bu istiqamətdə görülən tədbirlər barədə çıxış edəcək. Leyla Əliyevanın tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, konqresin keçirildiyi ərazidə ətraf mühit sahəsində aparıcı təşkilat olan IDEA İctmai Birliyinin fəaliyyətini əks etdirən pavilyon da qurulub.
Leyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLARLeyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLARLeyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLARLeyla Əliyeva Parklar Konqresinin açılışında- FOTOLAR

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler