» » Rəmiş quran oxumağa başlayıb

Rəmiş quran oxumağa başlayıb

Bölmə: Mədəniyyət
Rəmiş quran oxumağa başlayıbXalq artisti Rəmiş (Rafiq Hüseynov) quran oxumağa başlayıb.

Xalqinfo.az “Ucnoqta.az”a istinadən xəbər verir ki, quranı mütaliə etməklə yanaşı, gündə bir neçə dəfə namaz da qalır.

Rəmişin həyat yoldaşı Gülü Hüseynova açıqlamasında xalq artistinin sosial vəziyyətinin çox pis olduğunu bildirib.

“Rəmiş 2015-ci ildən toylara getmir. Onun 2015-ci ildən bir dənə də olsun toyu yoxdu. Bizi istəməyən insanlar yalandan Rəmişi toya aparmaq istəyənlərə deyib ki, o xəstədi, o toya getmir. Belə biabırçılıq olmaz. Bizim vəziyyətimiz çox pisdi. Rəmiş xalq artisti adına görə 100 manat, mən də 180 manat pensiya alıram, onunla dolanırıq. Dolanmaq da demək olmaz, dilənirik. Rəmiş qeyrətli oğuldu. O gitaranı ilk dəfə Azərbaycan dilində dindirib. Niyə indi belə olmalıdı? Rəmiş heç kimə pislik etməyib. Köməklikləri lazım deyil, toylarına mane olmasınlar. Bizim vəziyyətimiz çox pisdi. Bu barədə hər yana müraciət etmişəm. Deyiblər gözləyin yaxşı olacaq. Biz də gözləyirik. Rəmiş belə günlərə layiq deyil”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler