“Azərbaycan belə təhlükə ilə üzləşə bilər” - İlham ƏliyevXalqinfo.az-ın məlumatına görə, prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb. Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib. “Rossiya-24”ün müxbirinin sualını cavablandıran prezident İlham Əliyev bildirib ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir, dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir, məsələn, kiberhücumlar: “Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|