» » İyirmidən çox məşhur aktyor bir filmdə -

İyirmidən çox məşhur aktyor bir filmdə - “Kəklikotu” başlayır

Bölmə: Mədəniyyət
İyirmidən çox məşhur aktyor bir filmdə -
Cinemazadə studiyasının istehsalı olan Kəklikotu filminin traileri yayımlanıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, studiyadan verilən məlumata görə 21 dekabrdan kinoteatrlarda yayımlanacaq filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.

Film fantastik real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox,qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə, prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Nigar Camal, Aqil M Quliyev, Kənan MM, Ceyhun Zeynalov, Samir Qulamov, Vusal Hacıqədir və digər tanınmışlar rol alıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler