“Bəxt üzüyü”nün davamı çəkildiBölmə: Mədəniyyət
Azərbaycan kinematoqrafiyasının ən gözəl komediya filmlərindən biri olan “Bəxt üzüyü”nün davamı çəkilib. "Xalqinfo” “Publika.az”a istinadən xəbər verir ki, filmin adı “Bəxt üzüyü 2” olacaq. Ekran işinin çəkilişlərini isə “Planet Parni iz Baku” komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir. Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rəfael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib. Xalq artisti Rəfael Dadaşov da açıqlamasında məlumatı təsdiqləyib: “Artıq çəkilişlərimiz bitib. Ancaq filmin nə vaxt yayımlanacağı ilə bağlı məlumatım yoxdur”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|