» » Siyavuş Kərimi əməkdar artisti işdən çıxardı

Siyavuş Kərimi əməkdar artisti işdən çıxardı

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Siyavuş Kərimi əməkdar artisti işdən çıxardı
Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.

“Xalqinfo”nun Ölkə.az-a istinadən məlumatına görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib.

Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adı var.

Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb: “Tələbələr sizdən razı deyillər. Bizə tələbələrdən xeyli sayda müraciət daxil olub. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər”.

Qeyd edək ki, daha iyirmi müşayiətçi-müəllim işdən azad edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler