» » Lütfi Zadənin nəşi Azərbaycana gətirilir - Varisindən açıqlama

Lütfi Zadənin nəşi Azərbaycana gətirilir - Varisindən açıqlama

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Lütfi Zadənin nəşi Azərbaycana gətirilir - Varisindən açıqlama
Xəbər verdiyimiz kimi, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.

“Qafqazinfo” Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı onun yaxın qohumu, xalası qızı Cənnət Səlimova ilə əlaqə saxlayıb.

Xalq artisti bildirib ki, Lütfi Zadə sağlığında Bakıda dəfn olunmağı arzu edib:

“İstəyirdi ki, Bakıda dəfn olunsun. Oğlu da deyir ki, atam necə istəyibsə, elə də olacaq”.

Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova isə alimin nəşinin Azərbaycana gətiriləcəyini təsdiqləyib:

“Bəli, onun vəsiyyətinə əməl ediləcək. Artıq bütün sənədləşmələr hazırdır. Biz öncədən bütün sənədləri hazırlamışdıq. Hazırda onun nəşi morqdadır. Sənədlər və Azərbaycana gətirilməsi barədə ödənişlər oğlu tərəfindən edilib. Azərbaycana gətirilməsi prosesi 7-10 gün çəkəcək. İslam dininə uyğun şəkildə dəfn edilməsini vəsiyyət edib. Bundan başqa, o, “Soft Commuting” konfransının hər iki ildən bir keçirilməsini məndən xahiş etdi."

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler