» » Əfsanəvi aktyor dünyasını dəyişdi

Əfsanəvi aktyor dünyasını dəyişdi

Bölmə: Mədəniyyət
Əfsanəvi aktyor dünyasını dəyişdi
Bu gün uzun sürən xəstəlikdən sonra həyatının 84-cü ilində tanınmış aktyor Yuliy Qusmanın “Qorxma mən səninləyəm” filminin sevimli ulduzu Muxtarbek Kantemirov dünyasını dəyişib.

Xalqinfo.az xəbər verir ki, bu kədərli xəbəri öz feysbuk hesabında əfsanəvi aktyorla birgə uzun müddət çalışan Yana Nikitina paylaşıb. Nikitina Kantemirovla birgə “Qorxma mən səninləyəm” filminin ikinci hissəsində tərəf müqabili olub.

Muxtarbek Alibek oğlu Kantemirov sirk və kino artisti, ölkənin məşhur kaskadyoru, eləcə də atlardan ibarət teatrın yaradıcısı olub.

Şimli Osetiya Muxtar Vilayətinin Iməktar artisti 1934-cü ilin 18 fevralında peşəkar sirk ustalarının ailəsində dünya göz açıb. O həmçinin “Osetiyanın cigitləri” adlı Rus Atlılar Sirkinin qurucusudur.

Müxtarbek hələ kiçik yaşlarından məftunedici xarici görünüşə malik olub. Özünəxas plastikası və cüssəli vücudu ona həm sirk, həm də kinematoqrafiya sahələrində uğur gətirib.

Sovet kinosunun həvəskarları aktyorun “Qorxma mən səninləyəm”, “Cəsur Xoçbar haqda əhvalatlar”, “Sovet dönəminin parkı”, “ Cənnətin iki addımlığında” və digər filmlərdəki yaddaqalan obrazlarını xatırlayırlar.

Əfsanəvi incəsənət ustasının onlarla parlaq rolları lentlərin yaddaşına köçsə də, sirk səhnəsindəki canlı ifalarını artıq görmək mümkün olmayacaq. (1news)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler