» » Azərbaycanlı Türkiyədə "ən yaxşı" seçildi -

Azərbaycanlı Türkiyədə "ən yaxşı" seçildi - Foto

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
Azərbaycanlı Türkiyədə "ən yaxşı" seçildi -

Əslən Azərbaycandan olan aktrisa Nəsrin Cavadzadəyə 2014-cü ilin “Ən yaxşı qadın oyunçu” nominasiyasında Türkiyə film sektorunun ali mükafatı olan “Altın portağal” təqdim olunub.

Nəsrin Cavadzadəyə “Altın portağal” mükafatı rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə verilib. Film 5 nominasiya üzrə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Bu, Nəsrin Cavadzadənin ikinci “Altın portağal”ıdır.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. 11 yaşında ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb.

Aktrisa Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.
(AzerTac)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler