Rusiyanın “qızıl səsi” ad gününü Bakıda keçirəcəkRusiyanın “qızıl səsi” və Xalq Artisti Nikolay Baskov ad gününü Bakıda möhtəşəm konsertlə qeyd edəcək. “Xalqinfo”nun məlumatına görə, konsertin təşkilatçıları AzərTac-a bildiriblər ki, musiqi gecəsi oktyabrın 15-də “Baku Crystall Hall”da olacaq. Unikal, parlaq və möhtəşəm yubiley şousu “İqra” adlanacaq. Müğənninin istedadının pərəstişkarlarını irihəcmli dekorasiyalar, fantastik kostyumlar, unudulmaz səhnə effektləri gözləyir. Proqrama onun hamı tərəfindən sevilən məşhur hitləri yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. N.Baskovun konserti Bakıda payız mövsümünün ən önəmli mədəniyyət hadisələrindən biri olacaq. Biletləri “Ticketbox.az” saytı vasitəsilə, habelə “28 Mall”, “Port Baku Mall” və “Ganjlik Mall”da almaq olar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|