» » Region muzeylərini əhatə edən “Əməkdaşlıq və metodiki yardım” layihəsi həyata keçirilir

Region muzeylərini əhatə edən “Əməkdaşlıq və metodiki yardım” layihəsi həyata keçirilir

Bölmə: Mədəniyyət
Region muzeylərini əhatə edən “Əməkdaşlıq və metodiki yardım” layihəsi həyata keçirilir
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə gerçəkləşən və regionlardakı muzeyləri əhatə edən “Əməkdaşlıq və metodiki yardım” adlı layihə davam edir.

AzərTac xəbər verir ki, layihə çərçivəsində Milli İncəsənət Muzeyinin əməkdaşları əvvəlcə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələdə yerləşən muzeylər, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, habelə bölgədə yerləşən digər muzey əməkdaşları ilə görüşlər keçirilib.

Görüşlər zamanı muzeylərin fəaliyyəti, eksponatların komplektləşdirilməsi, əsərlərin atribusiyası, tarixi, texnikası ilə tanış olmaqla yanaşı, müvafiq muzeylərin əməkdaşları muzeyşünaslıq sahəsində mövcud yeniliklər barədə məlumatlandırılıb, lazımi tövsiyələr verilib. Həmçinin digər mövzularda metodiki yardım göstərilib, treninqlər təşkil edilib.

Qeyd edək ki, layihənin məqsədi bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir.

Region muzeylərini əhatə edən “Əməkdaşlıq və metodiki yardım” layihəsi həyata keçirilir

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler