» » Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”dən dəvət alıb

Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”dən dəvət alıb

Bölmə: Mədəniyyət
Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”dən dəvət alıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov “Belarusfilm”dən dəvət alıb.

Teatrdan AzərTac-a bildirilib ki, aktyor kriminal janrda ekranlaşdırılacaq filmdə həbsxana nəzarətçisi obrazını canlandıracaq. İlham Əsədov yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də, diqqətə çatdırıb ki, bu il avqustun 5-dən çəkilişləri başlanacaq ekran əsərinin 2018-ci ilin mayında nümayiş etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, aktyor iki il bundan əvvəl filmlə bağlı elan olunmuş kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilib.

İlham Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2016-cı ildə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler