» » Reanimasiyada olan Xalq artistinin həkimindən açıqlama

Reanimasiyada olan Xalq artistinin həkimindən açıqlama

Bölmə: Mədəniyyət
Reanimasiyada olan Xalq artistinin həkimindən açıqlama
Xəbər verdiyimiz kimi, Xalq artisti Böyükxanım Əliyeva hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Xalqinfo.az xəbər verir ki, xəstənin son vəziyyəti barəsində həkim-reanimatoloq Təranə Rüstəmova müsahibə verib.

“Vəziyyətində nisbi stabilləşmə yaranıb, təkrar qanaxma müşahidə olunmayıb. O, dünən səhər saatlarında xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Onikibarmaq bağırsağında yara var. Əgər yarada yenidən kəskin qanaxma müşahidə olunarsa, ona cərrahi müdaxilə olunacaq. Hazırda isə buna ehtiyac yoxdur. Amma hemoqlobinin miqdarı çox aşağıdır. Müalicəsi davam etdirilir”, -deyə həkim bildirib.

Böyükxanım Əliyevanın kürəkəni, Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Qurban Məsimov qayınanasının səhhəti ilə bağlı Oxu.Az-a bunları açıqlayıb: “Hazırda reanimasiya şöbəsindədir. Bir neçə dəfə qan vurulsa da, mənfi rezuslu üçüncü qrup qana hələ də ehtiyac var”.

Q.Məsimov “Xalq artistimizin barəsində bu xəbəri eşidən sadə insanlar, pərəstişkarlar arasında xəstəxanaya müraciət edərək, ona donorluq etmək istəyənlər varmı?” sualına belə cavab verib: “Bəli, müraciət edənlər olub. Xəstəxanada da qan var idi, vurulub, ehtiyac olduqca donorlar yardım edirlər, sağ olsunlar”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler