» » “Nağıl qəhrəmanlarının festivalı” başlayır

“Nağıl qəhrəmanlarının festivalı” başlayır

Bölmə: Mədəniyyət
“Nağıl qəhrəmanlarının festivalı” başlayır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 9 iyun - Beynəlxalq Dostlar Günü münasibətilə 3 günlük festival keçirəcək.

Teatrın mətbuat xidmətindən AzərTac-a bildirilib ki, məhz həmin günlərdə balacalar üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları festivala dəvət edəcək.

İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Milli Park ərazisindən keçməklə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində bitəcək.

Festivalın açılışı iyunun 9-da baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinləri olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.

İyunun 11-dək uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası da nümayiş olunacaq.

İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək. Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler