» » Qobustan qoruğunun yaradılmasının 50 illiyi qeyd ediləcək

Qobustan qoruğunun yaradılmasının 50 illiyi qeyd ediləcək

Bölmə: Mədəniyyət
Qobustan qoruğunun yaradılmasının 50 illiyi qeyd ediləcək
İyunun 13-də Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyinə həsr edilmiş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı elmi konfrans keçiriləcək.

Xalqinfo.az Qoruqdan bildirilib ki, dövlət səviyyəsində baş tutacaq konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

İki gün davam edəcək konfransda dünyanın tanınmış arxeoloqlarının da iştirakı nəzərdə tutulur.

Konfransa iyunun 14-də Qobustan Milli Tarixi Bədii Qoruğunda təşkil ediləcək tədbirlə yekun vurulacaq.

Qeyd edək ki, sahəsi 3 min 96 hektar olan Qobustan Milli Tarixi Bədii Qoruğu 1966-cı ildə yaradılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler