» » Arzu Əliyevanın filmi Parisdə nümayiş olunub

Arzu Əliyevanın filmi Parisdə nümayiş olunub

Bölmə: Mədəniyyət
Arzu Əliyevanın filmi Parisdə nümayiş olunub
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyini mühüm layihə ilə qarşılamaq məqsədilə Arzu Əliyevanın irəli sürdüyü ideya əsasında hazırlanmış “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi bir çox ölkələrdə maraqla qarşılanıb.

Xalqinfo.az məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisinin və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-da Hərbi Muzeydə nümayiş etdirilib.
TEAS-ın Paris ofisinin direktoru Mari-Letisiya Qurden 10 ildir fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fondu haqqında məlumat verərək, Azərbaycanın yaxından tanınması və Avropa ilə ölkəmiz arasında əməkdaşlığın daha da inkişaf etdirliməsi məqsədilə mədəniyyət, iqtisadiyyat və digər sahələrdə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler