» » Vaqif Səmədoğlu Parisdə anılacaq

Vaqif Səmədoğlu Parisdə anılacaq

Bölmə: Mədəniyyət
Vaqif Səmədoğlu Parisdə anılacaq
Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək.

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək.

Diasporla iş üzrə Dövlət Komitəsindən Xalqinfo.az-a verilən məlumata görə, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyətinə təqdim olunacaq.

Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, şair, dramaturq, publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinin deputatı (2000, 2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler