» » Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər

Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər

Bölmə: Mədəniyyət
Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər
Dəb dünyası daim öz rəngarəngliyi və müxtəlifliyi ilə çox seçilir.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, dizaynerlər daim yenilik axtarışındadır. Bu sahədə fərqlənmək elə də asan deyil. Lakin cins geyimlər uzun illərdir dəbdə öz hakimiyyətini davam etdirir. Hər xanımın qarderobunda cins şalvar, ətək və ya gödəkcə var. Modelyerlər son illər cins əşyaların yeni versiyasını - bəzədilmiş və ya üzərində rəssam işləmiş geyimləri təklif edir.

Azərbaycanda bəzədilmiş və ya rəsmlərlə işlənmiş cinslərin hazırlaması ilə məşğul olan tanınmış butikin kreativ direktoru Güllər Paşayeva bildirib ki, ölkəmizdə moda sahəsində yenilik axtaran şəxslərin sayı artır:

“Hazırda gənclər öz geyimi ilə daha çox fərqlənmək istəyirlər. Bizim təqdim etdiyimiz geyimlərlə seçilmək daha çox mümkündür. Cins geyimlərinizin üzərində hansı rəsm və ya işləmənin olmasına siz qərar verirsiniz. Bəzi hallarda rəssamlar da öz təkliflərini edir, lakin son qərar yenə də sizindir. Bu layihəyə maraq gündən-günə artır”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler