» » “YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır

“YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır

Bölmə: Mədəniyyət
“YARAT Akademiyası”nın ikinci mərhələsi başlayır
Aprelin 12-də “YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Akademiyası” layihəsinin ikinci mərhələsinə başlayır.

Xalqinfo.az xəbər verir ki, ikinci mərhələ müxtəlif ölkələrdə mövcud olan kuratorluq sənətinin öyrənilməsinə həsr edilir. Belə ki, iştirakçılar beynəlxalq səviyyəli kuratorların mühazirələri ilə yanaşı, praktiki hissədə kiçikmiqyaslı kurator layihələrini hazırlayacaqlar. Kurs çərçivəsində müxtəlif yerli rəssamların emalatxanaları ziyarət ediləcək, onlarla yaradıcılıq haqqında müzakirələr aparılacaq. Bütün mühazirələr Azərbaycan dilinə sinxron tərcümə olunacaq.

Dərslər “YARAT” Müasir İncəsənət Mərkəzində hər çərşənbə və cümə günləri, saat 19:00-da baş tutacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler