» » Ramiz Mehdiyevin kitabı müzakirə olundu

Ramiz Mehdiyevin kitabı müzakirə olundu

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
Ramiz Mehdiyevin kitabı müzakirə olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilib.

Xalqinfo” Azərtac-a istinadən xəbər verir ki, iki cildlik əsər XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, müəllif kitabda milli ideyanın formalaşması mərhələlərini ətraflı təsvir edir, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin rolunu təhlil edir, Azərbaycan etnomədəni məkanına xas olan modelləri nəzərdən keçirir. Alim XXI əsrdə Azərbaycan ideyasının inkişafı yollarını da diqqət mərkəzində saxlayır.

R. Mehdiyev tarixi prosesləri, müasir dünyada mövcud meyilləri və Azərbaycanın imkanlarını nəzərə alaraq əmin olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməlidir: “Kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması Azərbaycanda inkişaf etmiş müasir cəmiyyət yaradılmasına gətirib çıxaracaq hərəkətverici qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler