» » “İçəri Şəhər” filmi ABŞ-da keçiriləcək festivalda iştirak edəcək

“İçəri Şəhər” filmi ABŞ-da keçiriləcək festivalda iştirak edəcək

Bölmə: Mədəniyyət
“İçəri Şəhər” filmi ABŞ-da keçiriləcək festivalda iştirak edəcək
Azərbaycanın “İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb.

Xalqinfo.az xəbər verir ki , Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, festival aprelin 21-də ABŞ-ın Texas ştatının Hyuston şəhərində başlayacaq.
Xəbərə görə, film festivalın “Remi mükafatı” nominasiyasında qalib olmaq üçün mübarizə aparacaq.
Festival aprelin 30-da başa çatacaq.
Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Ekran əsəri bu yaxınlarda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında iştirak edib. Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 7-ci “Yaşvant” və 9-cu Benqaluru Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler