» » Qarayevin anadan olmasından 99 il ötür -

Qarayevin anadan olmasından 99 il ötür - Fotolar

Bölmə: Mədəniyyət
Qarayevin anadan olmasından 99 il ötür -

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qara Qarayevin anadan olmasından 99 il ötür.

"Xalqinfo" xəbər verir ki, fevralın 5-də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikamızın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin xatirəsini hörmətlə yad etdilər, məzarı üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, görkəmli bəstəkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda dünyaya gəlib. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş bəstəkar milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb.

Onun hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, bayrama çevrilib. Dünya şöhrətli bəstəkarın əsərləri əksər MDB ölkələrində, ABŞ-da, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Fransada, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Qara Qarayev 1982-ci il mayın 13-də dünyasını dəyişib, Bakıda Fəxri xiyabanda dəfn olunub.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Qarayevin anadan olmasından 99 il ötür -
Qarayevin anadan olmasından 99 il ötür -
Qarayevin anadan olmasından 99 il ötür -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler