» » “Kədər, qüssə məni xoşbəxt edir” -

“Kədər, qüssə məni xoşbəxt edir” - Əməkdar artist

Bölmə: Mədəniyyət
“Kədər, qüssə məni xoşbəxt edir” -
“Köhnə əşyalarmı atmağı sevmirəm. Bütün əşyalarımı saxlayıram ki, teatrda mənə lazım olar. Hərdən də onları teatra verirəm. İki oğlan, bir qız övladım var. Qızım bu xasiyyətimə hərdən əsəbiləşir. Amma əntik əşyalara bir qəpik də vermərəm. Sadəcə, özümə aid olanları xoşlayıram”.

Xalqinfo”nun məlumatına görə, bu sözləri əməkdar artist Kəmalə Müzəffər “Gəlin danışaq” verilişinə qonaq olarkən deyib.

Aktrisa bildirib ki, keçmişlə bağlı biri deyil:

“Keçmişimə bağlı biri deyiləm. Deyirlər, insan keçmişini unutmaz. Mən unuduram, bəlkə orda elə hal olub ki, xatırlamaq istəmirəm. Bir kitabı bağladımsa, ölsəm də açmaram. Həyatımda çox kədərli günlər olub. Nə qədər şən, gülərüz görünsəm də, həyatımda kədər daha çoxdur. Kənara niyə kədər göstərim ki? Kədər, qüssə məni xoşbəxt edir. Xoş günlərdən qorxuram".

K.Müzəffər atasının ona qoyduğu qadağadan danışıb:

"Gənc yaşımda dərnəyə yazıldım, məni tamaşalar çəkirdi. Atamın icazəsi olmadan dərnəyə gedirdim. Bir dəfə də atam olmayanda qaçıb dərnəyə gedirdim. Düşündüm ki, atam görməz, amma qəfildən qarşıma çıxdı. Deyə bilmirdim ki, dərnəyə gedirəm, qadağa qoymuşdu. Amma düzü dedim, əsəbiləşdi. Gizli incəsənət universitetinə sənəd verdim. Qəbul olanda evdə dedim. Atam ailə qurduğum günə qədər məni danışdırmadı".


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler