» » “Gənc Əkinçi” yenidən başladı -

“Gənc Əkinçi” yenidən başladı - Fotolar

Bölmə: Mədəniyyət
“Gənc Əkinçi” yenidən başladı -

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə yenidən başlayıb.

Xalqinfo” xəbər verri ki, Gənc Əkinçi Akademiyasının açılış mərasimində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov nitqində hər bir xalqın inkişafında milli mətbuatın böyük rol oynadığını vurğulayıb.

Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Jurnalist peşəsinin çətinliyi, jurnalist etikası mövzusunda fikirlərini səsləndirmiş, ən əsası isə Milli mətbuatımızın əsası olan Əkinçi qəzetindən başlayaraq mətbuat tariximizə toxunmuş, maraqlı məlumatları gənc jurnalistlərlə bölüşüb.

Daha sonra isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev çıxış edib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov gənclərə hər zaman dəstək olduqlarını bildirib və bu kimi layihələrin qəbulunu vurğulayıb.Eyni zamanda da sərhəddə yaşayan gənclərin digər regionlarda keçirilən təlim və tədbirlərdə iştirak etdiyini vurğulayıb.

Qeyd edək ki, Gənc Əkinçi Akademiyası 2015-ci ildə İsmayıllı rayonunda baş tutub.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Gənc Əkinçi” yenidən başladı -
“Gənc Əkinçi” yenidən başladı -
“Gənc Əkinçi” yenidən başladı -
“Gənc Əkinçi” yenidən başladı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler