» » Mənsum İbrahimov Nəzakət Teymurovanın teatrdan getməsindən

Mənsum İbrahimov Nəzakət Teymurovanın teatrdan getməsindən TƏƏSSÜFLƏNDİ

Bölmə: Mədəniyyət
Mənsum İbrahimov Nəzakət Teymurovanın teatrdan getməsindən

“Bu yaradıcılıqdır. Nəzakət xanım 20 ildən artıq opera səhnəsində ləyaqətlə xidmət etdi, adını bura qızıl hərflərlə yazdırdı. Gözəl Leylimiz, gözəl ifaçımız hər zaman xidmətləri ilə yadda qaldı. Pedaqoji fəaliyyəti ilə bağlı bu cür qərar verdi. Əsas iş yeri Konservatoriyada olduğu üçün səhnədən getmək qərarına gəldi. Bu da onun öz şəxsi fikridi”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov bildirib. O, “Leyli və Məcnun” tamaşasında əsas tərəf müqabili olan Xalq artisti Nəzakət Teymurovanın teatrdan getməsini bu səbəblərlə əlaqələndirib.

M.İbrahimov həmçinin, Nəzakət Teymurovanın teatrdan gedişinin “Leyli və Məcnun”un ifasına nə dərəcədə təsir edəcəyindən də danışıb:
Bu gün Opera və Balet Teatrında Leyli rolunun 4-5 ifaçısı olsa da, onların hərəsinin öz yeri var. Həmçinin, Nəzakət xanımın da öz yeri var və hər zaman da görsənəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler