» » “KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur

“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur

İki gündür ki, Rusiyanın Şoçi şəhərində start götürən “KVN - 2017” festivalı Azərbaycanda müzakirələrə səbəb olub.

Xalqinfo”nun məlumatına görə, belə ki, festivala Qondarma Dağlıq Qarabağ Respublikasından da komanda dəvət olunub.

Qondarma DQR-nin “С хлебом и солью” (Duzlu-çörəkli) komandasını festivala klubun rəhbəri Aleksandr Maslyakov özü dəvət edib.

Hətta qrup dəvət məktubunun fotosunu sosial şəbəkədəki səhifələrində paylaşıb. “С хлебом и солью” dəvət üçün rəhbərliyə təşəkkür edib.

Bundan sonra festivalın saytında komanda rəsmi olaraq siyahıya salınıb.

“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur














Şən və Hazırcavablar Klubunun bu addımı Azərbaycan mediasında və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

“DQR” klubunun rəhbəri Georgi Avetisyan azərbaycanlıların sərt reaksiyasına münasibət bildirib.

O, qeyd edib ki, KVN hər zaman siyasətdən kənar olub:

“Bu bizim komanda üçün sayca 3-cü festivaldır. Ümid edirik ki, uğurlu çıxımız olar, yüksək tura keçə bilərik. Belə hal birinci dəfə deyil. Biz siyasətin içində deyilik. Ümumiyyətlə, KVN həmişə siyasətdən uzaq olub. Bu cür hallara heç bir reaksiya vermirik”.

Qafqazinfo” mövzu ilə bağlı Mədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Onlar məsələyə şərh bildirməyiblər.

Xatırladaq ki, festival yanvarın 23-ə kimi davam edəcək.

Komandanın yarış üçün aldığı dəvətnaməni və onların siyahıya daxil edilməsini sübut edən sənədləri təqdim edirik:


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur
“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur
“KVN”də Qarabağ qalmaqalı - Nazirliklər susur

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler