» » Turizm və Menecment Universitetinə -

Turizm və Menecment Universitetinə - Yeni təyinat

Bölmə: Mədəniyyət
Turizm və Menecment Universitetinə -

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib.

"Xalqİnfo" xəbər verir ki, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler