» » “Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” -

“Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” - Nazir

Bölmə: Mədəniyyət
“Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” -

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olunub.

XalqInfo” xəbər verir ki, şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Dekabrın 29-da Turizm Şurasının ilk iclası keçirilib. Əbülfəs Qarayev iclasda çıxış edib:

“Yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”.

Əbülfəs Qarayev bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq: “Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik”.

Əbülfəs Qarayev onu da qeyd edib ki, Yeni il bayramına qədər Azərbaycandakı hotellərin böyük əksəriyyətində yerlər sifariş olunub: “Həmin müştərilər arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır”.

İclasda şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” -
“Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” -
“Bayrama qədər hotellərdəki yerlər sifariş olunub” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler