Aprel şəhidinə həsr olunmuş albom - “Heykəltəraşlıq”Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
Xalq Bankın “Xalq Əmanəti” layihəsi bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevin həyat və yaradıcılığına müraciət edib. Layihənin sayca on dördüncü nəşri - “Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu işıqlandırıb. "Xalqİnfo" xəbər verir ki, Xalq Bankın rəsm qalereyasında təşkil olunan təqdimat mərasımində şəhid-heykəltəraşın ailə üzvləri, dostları, müəllimləri, ölkəmizin tanınmış simaları, incəsənət adamları, ictimai xadimlər, millət vəkilləri iştirak ediblər. Mərasimi Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq qonaqları salamlayıb və bu gün Samirin bayramı olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, taleyin Samirə bəxş etdiyi son dərəcə qısa zaman kəsiyində o, istedadını yetərincə göstərə bilib və özündən sonra böyük heykəltəraş kimi yetişə biləcəyini isbatlayan nümunələr qoyub. Samir Kaçayevin əsərlərinin sərgisi dekabr ayının 17-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L), fevral ayından isə heykəltəraşın doğulduğu Şamaxı rayonunda Xalq Bankın “Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|