» » Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək

Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək

Bölmə: Mədəniyyət
Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək Xalq artistinin yaradıcılığına həsr olunmuş konfrans keçiriləcək

Noyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Mərziyyə Davudovanın 115 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Xalqİnfo.az xəbər verir ki, İttifaqdan Axşam.az-a bildirilib ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutacaq konfransda unudulmaz aktrisanın həyat və yaradıcılığı, səhnə fəaliyyəti, kino sənətinin inkişafındakı xidmətləri haqqında məruzələr dinləniləcək. Konfrans çərçivəsində aktrisanın rol aldığı filmlərdən fraqmentlər də təqdim olunacaq.

Qeyd edək ki, Mərziyyə Davudova 1901-ci il noyabrın 25-də Rusiyanın Həştərxan şəhərində anadan olub. Geniş yaradıcılıq diapazonuna malik olan xanım sənətkar Azərbaycan kinosunun inkişafında əvəzolunmaz xidmətlər göstərib. O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər onlarla ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə (Teatr Xadimləri İttifaqı) rəhbərlik edən Mərziyyə xanım Davudova 1962-ci il yanvarın 6-da Bakıda vəfat edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler