Yaşar Nurinin xatirə gecəsi keçiriləcəkBölmə: Mədəniyyət
Noyabrın 15-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək. Xalqİnfo.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq. Mərasimdə Yaşar Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Yaşar Nurinin sevdiyi mahnılar səslənəcək. Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Akademik Milli Dram Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə müxtəlif dövlət mükafatları və təltiflərə layiq görülüb. Xalq artisti uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|