» » Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –

Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək – qalib Avstriyaya yollanacaq (FOTO)

Bölmə: Mədəniyyət
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
2017-ci ilin əvvəlində Bakıda “Miss Union 2017” Beynəlxalq Gözəllik Müsabiqəsinin milli seçimi keçiriləcək. Xalqİnfo.az bildirir ki, bunu Trend-ə “Miss Union”un Azərbaycandakı direktoru, Milli geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova deyib.

Qalib 2017-ci ilin martında Vyanada (Avstriya) keçiriləcək müsabiqənin finalında iştirak edəcək.

“Miss Union” öz mədəniyyətini və ənənələrinin zərifliklə ahəngini müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir. Müsabiqə iştirakçılara ənənələr, gözəllik və mehribanlıq məcmusu kimi ölkələrini təmsil etmək imkanı verir.

“Miss Union” xeyriyyə layihəsinin əsas məqsədi onkoloji xəstəliklərlə mübarizə üçün vəsaitlərin yığılmasıdır. Müsabiqənin əsas devizi: "Dünyanı gözəllik xilas edəcək". Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir - xarici obraz, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

Qeyd edək ki, “Miss Union 2016”ın finalı avqustda Bakıda keçirilib. Gürcüstanlı Maya Amaşukeli qalib olub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –
Bakıda Miss Union 2017-nin milli seçimi keçiriləcək –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler