» » Fuad Poladov bunu ilk dəfə etdi

Fuad Poladov bunu ilk dəfə etdi

Bölmə: Mədəniyyət
Fuad Poladov bunu ilk dəfə etdi
Tammetrajlı romantik komediya janrında ekranlaşdırılan “Nazlı” filminin çəkilişləri davam edir.


Xalqİnfo.az Axşam.az-a istinadən xəbər verir ki, quruluşçu rejissoru Rəhman Rafiqoğlu olan ekran əsərində xalq artisti Fuad Poladov da çəkilir. F.Poladov ilk dəfə romantik komediya filmində rol alıb.
Bundan əlavə, filmdə xalq artistləri Arif Quliyev, Məbud Məhərrəmov, əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova, Fərid Əliyev, aktyorlar Sadiq Əhmədov, Eldar Bağırbəyov, Xatirə Süleymanova, Şahin Sərkərov, Azər Aydəmir, Nigar İbrahimova, gənc debütant aktyor Murad Əzimov və digər aktyorları görmək olacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş prodüseri Murad Məhərrəmlidir.


ŞəfaTapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler