» » “Azərbaycan repinə dəstək” konsertinə tələsin

“Azərbaycan repinə dəstək” konsertinə tələsin

Bölmə: Mədəniyyət
“Azərbaycan repinə dəstək” konsertinə tələsin

Xalqİnfo.az xəbər verir ki, sentyabrın 24-də Bakıda Yaşıl Teatr Konsert Mərkəzində, “Azərbaycan repinə dəstək” adı altinda böyük rep konserti keçiriləcək. Konsert, Anar Nağılbaz, Ramaş, Ramil Nabran, Dado, “Savaş” qrupu və gürcü reperləri Bedina və Don Baconun iştirakı ilə baş tutacaq.

Konsertdə həmçinin Azərbaycanın xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova, əməkdar artistlər Elza Seyidcahan və Almaz Ələsgərli də iştirak edəcək.

Konsertin aparıcıları parodist Elcan Rəsulov və meyxanaçi Fariz Bərdəli olacaq.

Konsertdə retro və yeni duetleri dinləmək şansınız olacaq. Həmçinin Dj Çina və Dj Fanurun iştirakı konserte xüsusi rəng qatacaq.

Biletləri şəhərin bütün kassalarından və “Asan xidmət” mərkəzlərindən əldə etmək olar..

Əlavə məlumat uçun telefonlar: (012) 598 17 74

(012) 598 17 73

WhatsApp nömrə: (050) 550 55 88

Xalqİnfo.az
Şəfa Tapdıqova.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler