» » İlham Əliyevdən Eldar Quliyevlə bağlı sərəncam

İlham Əliyevdən Eldar Quliyevlə bağlı sərəncam

Bölmə: Mədəniyyət
İlham Əliyevdən Eldar Quliyevlə bağlı sərəncam
Azərbaycan prezidenti İlham Əliyev Eldar Tofiq oğlu Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xalqinfo.az bildirir ki, sərəncamda deyilir: “Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycanın tanınmış kinorejissoru, ssenaristi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycanın xalq artistidir.

“Debüt” studiyasının bədii rəhbəri olan rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

O, məşhur bəstəkar Tofiq Quliyevin oğludur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler