» » Qənirə Paşayeva tədbir keçirdi

Qənirə Paşayeva tədbir keçirdi FOTOLAR

Bölmə: Mədəniyyət, KİTAB ALƏMİ
Qənirə Paşayeva tədbir keçirdi  Millət vəkili Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən olan Qədirli və Cilovdarlıda uşaqlar, gənclər üçün “Kitablar insanların yolunu aydınladır” adlı tədbir keçirib.


Xalqinfo.az bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, bir sıra müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Qənirə Paşayevaya təşəkkürünü bildiriblər.

Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.

Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”.
Qənirə Paşayeva tədbir keçirdi
Qənirə Paşayeva tədbir keçirdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler