» » eBay-da Azərbaycanla bağlı rəsm satıldı –

eBay-da Azərbaycanla bağlı rəsm satıldı – 11 milyon

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
eBay-da Azərbaycanla bağlı rəsm satıldı –
İnternet vasitəsilə alış-veriş həyata keçirilən eBay hərracında Azərbaycan ərazisində Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb.


“Xalqinfo” Azərtac-a istinadən xəbər verir ki, rəsmlər 1714-cü ilə aid edilir. Bu gün hərraca çıxarılan rəsmlərin başlanğıc qiyməti 9,99 dollar müəyyən olunub və 11,50 dollara satılıb.

Əsərin müəllifi Niderland rəssamı və səyyahı Kornelis de Bryuindir. 1652-1727-ci illərdə yaşamış rəssam Şərqə doğru iki böyük səyahət edib və özünün çəkdiyi rəsmlərdən ibarət olan iki kitab dərc etdirib. Bu kitablarda Rusiya, Azərbaycan, İran, Hindistana və digər ölkələrdə çəkdiyi rəsmlər əks olunub.

Satışa çıxarılan rəsmlərin orijinal olduğu bildirilir. Əsərlər hərracda İtaliyanın antik kitab və xəritə satışı ilə məşğul olan şirkəti tərəfindən yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler