» » Qarabağ və İrəvan xalçalarını göstərdilər

Qarabağ və İrəvan xalçalarını göstərdilər

Bölmə: Mədəniyyət
Qarabağ və İrəvan xalçalarını göstərdilərGoranboyda xalça sərgisi keçirilir

Goranboydakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə "Tariximiz ilmələrdə: I Regional Xalça sərgisi" keçirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, sərgidə Goranboyla yanaşı, Samux, Kəlbəcər, Yevlax, Xocalı, Naftalan və digər rayonlardan gətirilən 100-ə yaxın xalça nümayiş olunub.

"Tariximiz ilmələrdə: I Regional Xalça sərgisi" böyük marağa səbəb olub. Burada əsasən bölgə üçün xarakterik olan Qarabağ və İrəvan xalça qrupuna aid edilən xalçalar, kilimlər və digər nümunələr nümayiş olunur. Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalçaçılığının tanıdılması, təbliği və yaşadılmasıdır. Xalçaçılıq sənəti rayonun Faxralı, Şadıllı, Qaraqoyunlu və Xanqərvənd kəndlərində bu gün də qorunub saxlanılır. Sərgidə təqdim olunan xalçalar çeşnisi və rəng ahəngi ilə seçilir. Xalçaların naxış seçimində yerli əhalinin təsəvvürü, inancları dolğun əks olunub. Ölkəmizdə xalçaçılıq sənətinin qorunub saxlanmasında və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rayonda Xalça Muzeyinin yaradılmasının vacibliyi önə çəkilib. Sərgi 3 gün davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler