2019-cu ildə dünya əhalisinin yarısında internet olacaqBölmə: MARAQLI
“eMarketer” analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyard təşkil edəcək.Xalqinfo.az ICTnews-a istinadən xəbər verir ki, Analitik şirkətin qiymətləndirməsinə görə, bu il planet əhalisinin təxminən 47%-i masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğunun köməyi ilə ən azı ayda bir dəfə internetə daxil olub. Ekspertlərin proqnozuna görə, 2019-cu ilədək planet əhalisinin 50%-dən çoxu və ya təxminən 3,84 milyard nəfər internetdən istifadə edəcək. 2021-ci ildə göstəricilər müvafiq olaraq 53,7% və 4,14 milyard nəfər təşkil edəcək. Mütəxəssislər qeyd edirlər ki, internet istifadəçilərinin qlobal sayının artmasına internetə çıxış imkanına malik mobil telefonların yayılması imkan yaratmağa davam edir. Asiya-Sakit okean regionu, Mərkəzi və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrikanın bir çox sakinləri internetə çıxış üçün bu qurğulara üstünlük verir. Həmçinin “eMarketer” şirkəti bildirib ki, 2017-ci ildə mobil telefonların köməyi ilə internetə daxil olan istifadəçilərin sayı 2,73 milyard nəfər təşkil edəcək. Bundan başqa, 2017-ci ildə dünyada smartfon istifadəçilərinin sayı 2,39 milyard nəfər təşkil edəcək ki, bu da dünya əhalisinin 32,3%-i deməkdir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|