» » Təyyarədə mobil telefondan istifadə hansı təhlükəyə yol aça bilər? - Səbəblər

Təyyarədə mobil telefondan istifadə hansı təhlükəyə yol aça bilər? - Səbəblər

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Təyyarədə mobil telefondan istifadə hansı təhlükəyə yol aça bilər? - Səbəblər
Təyyarədən istifadə edən sərnişinlər mobil telefondan istifadənin məqsədəuyğun olmadığının tam detallarını bilmədiyindən bir çox hallarda yararlanmağa çalışırlar. Hətta, bəzi sərnişinlər təyyarədə mobil telefonların istifadəsinin təyyarəni sıradan çıxara biləcəyini düşünürlər.

Bəs təyyarə hərəkətdə olan zaman mobil telefonların istifadəsi hansı təhlükəyə yol aça bilər?

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib ki, mobil telefonlardan istifadə zamanı heç də təyyarə sıradan çıxmır. Mobil telefona gələn zəng pilotla aviadispetçr arasında rabitə əlaqəsinə mane olur və belə olan halda pilot aviadispetçr tərəfindən verilən hər hansı bir məlumatı qarışdıra bilər.

“Təyyarə qalxan və ya enən zaman pilotlar mürəkkəb əməliyytları yerinə yetirir və bu zaman cihazların düzgün işləməsi həlledici olur. Həm də bu zaman pilotlar yerüstü xidmətlə kommunikasiya yaradaraq enmə və qalxma əməliyyatlarını yerinə yetirirlər. Sərnişinlərin bu zaman mobil cihazlardan istifadə etməsi böyük dalğaların yaranmasına səbəb olur ki, bu da təyyarədə cihazların düzgün işləməsinə, hündürlüyün düzgün ölçülməsinə və yerüstü xidmətlə kommunikasiyaya mane ola bilir. Bu nöqsanlar isə qəza şəraiti yarada bilir”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler